Quterreş süni intellektin qlobal tənzimlənməsinə çağırıb
BMT-nin Baş katibi Antonio Quterreş süni intellekt sahəsində qlobal tənzimləmə mexanizmlərinin yaradılmasına çağırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Quterreş Cenevrədə keçirilən BMT-nin süni intellekt üzrə ilk Qlobal Hökumətlər Dialoqunda çıxışı zamanı bildirib ki, süni intellekt texnologiyalarının inkişafı dövlətlərin yeni çağırışlara uyğunlaşmaq imkanlarını üstələyir.
Onun sözlərinə görə, xüsusilə uşaqların qorunması və mümkün risklərin azaldılması üçün vahid beynəlxalq qaydaların qəbul edilməsi zəruridir.
Baş katib qeyd edib ki, iqtisadiyyata, əmək bazarına, seçkilərə və beynəlxalq təhlükəsizliyə təsir göstərən texnologiyalar səmərəli tənzimlənməlidir.
İki gün davam edəcək forum çərçivəsində süni intellektin qlobal idarə olunması prinsipləri müzakirə edilir.
Tədbir iştirakçıları, həmçinin BMT-nin dəstəyi ilə 40 ekspertdən ibarət qrup tərəfindən hazırlanmış süni intellektin inkişafı və tənzimlənməsinə dair ilk müstəqil elmi hesabatı da nəzərdən keçirəcəklər.
17:12 06.07.2026
Oxunuş sayı: 45