Tramp NATO sammiti ərəfəsində Meloni ilə bağlı paylaşımı ilə diqqət çəkib
ABŞ Prezidenti Donald Tramp NATO sammiti ərəfəsində İtaliyanın Baş naziri Corca Meloni ilə bağlı paylaşımı ilə diqqət çəkib.
Crossmedia.az xəbər verir ki, Tramp Truth Social sosial şəbəkəsində Meloni ilə birlikdə çəkilmiş fotosunu paylaşaraq, "Burada məhkəmənin yaxınlaşma qadağası qərarı lazımdır" ifadəsini yazıb.
Məlumata görə, İtaliya hökuməti bu paylaşıma münasibət bildirməmək qərarına gəlib və məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Paylaşım NATO-nun Ankarada keçiriləcək sammiti ərəfəsində sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
14:31 06.07.2026
Oxunuş sayı: 59