Şimali Koreya yeni hərbi gəmisini sınaqdan keçirdi
Şimali Koreya lideri Kim Çen In yeni "Kan Qon" esminesinin döyüş sistemlərinin sınaqlarını şəxsən idarə edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Məlumata görə, sınaqlar zamanı strateji qanadlı raketlərin buraxılışı həyata keçirilib, həmçinin gəminin artilleriya sistemləri, radioelektron mübarizə vasitələri və hədəf aşkarlama sistemləri yoxlanılıb.
Qeyd edək ki, sınaqlar başa çatdıqdan sonra Kim Çen In yeni hərbi gəminin bütün yoxlamalarının iki ay ərzində tamamlanması və onun ölkənin Hərbi Dəniz Qüvvələrinin tərkibinə qəbul edilməsi barədə göstəriş verib.
16:00 05.07.2026
Oxunuş sayı: 58