Krımda ardıcıl zərbələr: Enerji infrastrukturu və hərbi obyektlərə hücum edildi
Ukrayna son zərbələr nəticəsində işğal altında olan Krımda enerji və hərbi infrastruktur obyektlərinin hədəfə alındığını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.
Məlumata görə, hücumlar zamanı yarımadada bir sıra elektrik yarımstansiyaları, qaz kompressor stansiyası, dəmir yolu körpüsü və radioelektron mübarizə komplekslərinə zərbələr endirilib.
Bundan başqa, Ukrayna Təhlükəsizlik Xidməti. "Saki" və "Qvardeyskoye" hərbi aerodromlarına endirilən dəqiq zərbələr nəticəsində aviasiya texnikasının, anqarların və pilotsuz uçuş aparatlarının saxlanıldığı anbarların zədələndiyini iddia edib.
15:20 05.07.2026
Oxunuş sayı: 73