Adam Kadırov daha bir medalla təltif olundu
Çeçenistan Təhlükəsizlik Şurasının katibi Adam Kadırov Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi Xidmətinin (DYP) 90 illiyi münasibətilə təsis edilən "Rusiya DİN DYP-nin 90 illiyi" yubiley medalı ilə təltif edilib.
Crossmedia.az xəbər verir ki, eyni medal Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırova da təqdim olunub.
Qeyd edək ki, bundan əvvəl sosial şəbəkələrdə Adam Kadırovun avtomobili qarşı hərəkət zolağında idarə etdiyi əks olunan videogörüntülər yayılmışdı.
16:46 04.07.2026
Oxunuş sayı: 48