İsrail "Dəmir Qübbə"ni gücləndirdi: lazer texnologiyasına keçid başlayıb
İsrail İranla yaşanan qarşıdurmalardan əldə olunan təcrübə əsasında "Dəmir Qübbə" (Iron Dome) hava hücumundan müdafiə sistemini modernləşdirdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu xarici KİV məlumat yayıb.
Bildirilib ki, yenilənmiş hava hücumundan müdafiə şəbəkəsi artıq artilleriya raketləri və pilotsuz uçuş aparatlarına (PUA) qarşı daha effektiv fəaliyyət göstərə bilir. Eyni zamanda lazer əsaslı müdafiə sistemlərinin də mərhələli şəkildə şəbəkəyə inteqrasiyasına başlanılıb.
09:10 03.07.2026
Oxunuş sayı: 50