Netanyahuya ağır ittiham: İranın nüvə bombası yox idi
İsrail ordusunun sabiq Baş Qərargah rəisi Qadi Ayzenkot Baş nazir Benyamin Netanyahunun İranın nüvə proqramı ilə bağlı açıqlamalarını sərt tənqid edib.
Crossmedia.az xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.
Məlumata görə, Ayzenkot Netanyahunun İranın atom bombaları ilə İsraili məhv etməsinin qarşısını almaq üçün iki dəfə hərəkətə keçdiyi barədə bəyanatına etiraz edib.
Sabiq rəis bildirib ki, Baş nazir cəmiyyəti qorxutmaq üçün reallığı təhrif edir.
"Netanyahu çox narahatedici bir özünəinamla tamamilə absurd fikirlər səsləndirib. İranın heç bir nüvə bombası yox idi. O, İsrail ictimaiyyətini qorxutmaq üçün reallığı və təhlükəni uydurur", – Ayzenkot bildirib.
08:50 03.07.2026
Oxunuş sayı: 57