Bayraktar Akıncı hava döyüşündə Çin istehsalı PUA-nı vurdu
Sudan Ordusunun silahlanmasında olan Türkiyə istehsalı Bayraktar Akıncı pilotsuz uçuş aparatı (PUA) hava döyüşündə Çin istehsalı CH-95 PUA-sını məhv edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici mənbə yazıb.
Məlumata görə, Bayraktar Akıncı "hava-hava" tipli raketdən istifadə edərək Çin istehsalı olan CH-95 pilotsuz uçuş aparatını vurub.
Bildirilir ki, məhv edilən PUA Birləşmiş Ərəb Əmirlikləri tərəfindən Sudanda fəaliyyət göstərən RSF silahlı qruplaşmasına verilib.
Hadisə pilotsuz uçuş aparatları arasında baş verən nadir hava döyüşlərindən biri kimi qiymətləndirilir.
08:45 03.07.2026
Oxunuş sayı: 64