Türkiyə Bosfor və Dardanel boğazlarından keçid haqqını 15 faiz artırıb
Türkiyə Bosfor və Dardanel boğazlarından keçən gəmilər üçün tranzit rüsumunu 15 faiz artırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, yeni tarif hər ton üçün 6,7 ABŞ dolları təşkil edir.
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, bu, son dörd ildə tranzit rüsumlarının üçüncü dəfə artırılmasıdır.
Nazirin sözlərinə görə, əvvəlki tarif artımı Ankaraya əlavə 31 milyon dollar gəlir qazandırıb və nəticədə boğazlardan yığılan illik rüsumların həcmi 254 milyon dollara çatıb.
07:53 02.07.2026
Oxunuş sayı: 44