Rusiya hərbçiləri cəbhədə sürətlə həlak olur
Rusiyada yeni müqavilə əsasında xidmətə cəlb olunan hərbçilərin bir qisminin döyüşə daxil olduqdan qısa müddət sonra həlak olduğu bildirilir.
Crossmedia.az xəbər verir ki, New York Post qəzeti bu barədə yazıb.
Belə ki, bəzi yeni müqaviləli hərbçilər döyüşün ilk 20–35 dəqiqəsi ərzində həyatını itirir.
Məlumata görə, müqavilənin imzalanmasından ölümədək keçən ümumi müddət bəzi hallarda üç həftəni keçmir. Nəşr bunu döyüş bölgəsində pilotsuz uçuş aparatlarından (PUA) geniş istifadə olunması ilə əlaqələndirir.
Qeyd olunur ki, yaranmış vəziyyət fonunda Rusiya hakimiyyəti yeni hərbçilərin cəlb olunmasını sürətləndirmək üçün ödənişləri və sosial güzəştləri əhəmiyyətli dərəcədə artırmağa məcbur qalıb.
09:20 30.06.2026
Oxunuş sayı: 50