İran ABŞ ilə texniki danışıqların keçiriləcəyini təkzib etdi
Bu gün İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, bəzi KİV-lərdə bu həftə Dohada ABŞ ilə işçi qrupları arasında texniki danışıqların başlanacağı barədə yayılan xəbərlər doğru deyil.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, Qətərlə aparılan məsləhətləşmələr, o cümlədən qarşı tərəfin öhdəliklərinin yerinə yetirilməsinin izlənilməsi ilə bağlı təmaslar davam edir. Lakin ABŞ ilə texniki danışıqların keçirilməsi barədə hələlik təsdiqlənmiş qərar yoxdur.
Qəribabadi əlavə edib ki, texniki danışıqların ilk mərhələsi yalnız müəyyən edilmiş şərtlər yerinə yetirildikdən və tarixlə məkan barədə razılıq əldə olunduqdan sonra baş tutacaq.
Xatırladaq ki, daha öncə “Axios” nəşri ABŞ və İranın iyunun 30-da Dohada danışıqlar aparmaq barədə razılığa gəldiyini açıqlamışdı.
18:11 29.06.2026
Oxunuş sayı: 50