Kiyevdə Akademiyanın binasına PUA düşüb, ölən var
Kiyevin mərkəzində Ukrayna Milli Elmlər Akademiyasının binasına pilotsuz uçuş aparatı düşüb, nəticədə bir qadın həlak olub.
Crossmedia.az xəbər verir ki, bu barədə Kiyev şəhər hərbi administrasiyası məlumat yayıb.
Hadisə Şevçenko rayonunda baş verib. Zərbədən sonra binada yanğın başlayıb və hadisə yerinə xilasetmə və digər təcili xidmətlər cəlb olunub.
Sosial şəbəkələrdə hadisə anını əks etdirən görüntülər yayılıb. Ukrayna mediasının məlumatına görə, binaya “Geran-5” tipli reaktiv PUA ilə zərbə endirilib. Bu məlumatın yayılmasında Telegram kanallarına istinad edilib.
Binanın yaxınlığında “Ukrtelekom”un ofisi və Almaniyanın Kiyevdəki səfirliyinin binası yerləşir.
18:04 28.09.2026
Oxunuş sayı: 36