İsrail Suriyaya artilleriya və hava zərbələri endirib
İsrail ordusu Suriyanın cənubunda yerləşən yaşayış məntəqələrinə artilleriya və hava zərbələri endirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (SAXAL) bölmələri Suriyanın Abidin qəsəbəsinin ətrafına çıxaraq yaşayış məntəqəsini intensiv artilleriya atəşinə və aviazərbələrə məruz qoyub.
Məlumata görə, zərbələr təkcə Dəraa vilayətinə deyil, həm də Quneytra vilayətinə endirilib.
12:27 29.06.2026
Oxunuş sayı: 50