İsrail Livanın cənubuna hava zərbələri endirib
İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Livanın cənubunda yerləşən Meyfdun qəsəbəsinə hava zərbələri endirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, hücumun hədəfi və əməliyyatın məqsədi barədə hələlik rəsmi açıqlama verilməyib.
İlkin məlumata görə, zərbə nəticəsində ölənlər, yaralananlar və ya dağıntıların miqyası barədə dəqiq məlumat açıqlanmayıb. Hadisə ilə bağlı əlavə məlumatın yaxın saatlarda paylaşılması gözlənilir.
09:26 29.06.2026
Oxunuş sayı: 47