Putin Ukrayna danışıqları ilə bağlı yeni açıqlama verdi
Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə bağlı danışıqlar prosesinin davam etdiyini və bu istiqamətdə yeni təkliflərin olduğunu açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Putin tərəflər arasında danışıqlar üzrə təmasların davam etdiyini bildirib. Onun sözlərinə görə, hazırda müzakirə olunan yeni təşəbbüslər də mövcuddur.
Rusiya lideri yeni təkliflərin məzmunu barədə ətraflı məlumat verməyib. O, yalnız danışıqlar prosesinin davam etdiyini və tərəflər arasında əlaqələrin saxlanıldığını qeyd edib.
09:10 29.06.2026
Oxunuş sayı: 54