Tramp: ABŞ İranda çoxsaylı hədəflərə zərbələr endirib
ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ qüvvələri İranda raket və pilotsuz uçuş aparatlarının saxlandığı anbarlar, eləcə də sahil radarları da daxil olmaqla çoxsaylı hədəflərə zərbələr endirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Tramp bu əməliyyatların “atəşkəs razılaşmasının növbəti dəfə pozulmasına” cavab olaraq həyata keçirildiyini deyib.
ABŞ Prezidenti, həmçinin Vaşinqtonun hazırda təmkin nümayiş etdirdiyini vurğulayıb. O xəbərdarlıq edib ki, əgər vəziyyət dəyişməzsə, ABŞ başladığı əməliyyatı hərbi yolla tamamlaya bilər və bunun nəticəsində İran İslam Respublikasının mövcudluğu təhlükə altına düşə bilər.
10:54 28.06.2026
Oxunuş sayı: 46