Putin və Lukaşenko Valdayda görüşü davam etdirir
Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko Valdaydakı görüşlərini davam etdirirlər.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.
Peskov bildirib ki, iki ölkə lideri bu gün də Rusiya prezidentinin Valdaydakı iqamətgahında görüşlərini davam etdirirlər. Görüşün gündəliyində müzakirə olunan məsələlərlə bağlı hələlik əlavə məlumat açıqlanmayıb.
09:06 28.06.2026
Oxunuş sayı: 64