Ukrayna bir sutkada iki MiQ-29 qırıcısını itirib
Ukrayna bir sutka ərzində iki ədəd MiQ-29 qırıcısını itirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya tərəfinə yaxın mənbələr məlumat yayıb.
Məlumata görə, Nikolayev vilayətində həyata keçirilən zərbə nəticəsində yerdə olan bir MiQ-29 qırıcısı məhv edilib.
Eyni zamanda Poltava vilayətində daha bir MiQ-29 qırıcısının qəzaya uğradığı bildirilir. Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, təyyarə döyüş tapşırığını yerinə yetirərkən qəzaya düşüb, pilot isə uğurla katapult olunaraq xilas edilib.
Qəzanın səbəbləri hazırda araşdırılır.
20:50 27.06.2026
Oxunuş sayı: 59