Anomal istilər Parisi iflic etdi: Morqlar dolub-daşır
Fransanın paytaxtı Parisdə müşahidə olunan anomal isti hava şəraiti fonunda ölüm hallarının kəskin artması səbəbindən şəhər morqları dolub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, təcili yardım xidmətlərinin məlumatına görə, son sutka ərzində şəhərdə 109 nəfər həyatını itirib. Nəticədə şəhərin morqları artan yükün öhdəsindən gəlməkdə çətinlik çəkir.
Məlumata əsasən, şənbə günü səhər saatlarından etibarən Batinyol və Menilmontan rayonlarında yerləşən iki əsas şəhər morqu tam dolub. Yerli hakimiyyət orqanları isti hava dalğasının təsirlərinin davam edəcəyi ilə bağlı xəbərdarlıq edib.
09:44 28.06.2026
Oxunuş sayı: 53