Almaniyada tarixi istilər: Temperatur rekordu yenidən yeniləndi
Almaniyada mütləq temperatur rekordu yenilənib. İyunun 27-də ölkədə havanın temperaturu 41,5 dərəcə Selsi təşkil edib.
Crossmedia.az xəbər verir ki, bu barədə DPA agentliyi Almaniya Meteorologiya Xidmətinin ilkin məlumatlarına istinadla məlumat yayıb.
Meteoroloqların bildirdiyinə görə, ölkədə temperatur rekordu artıq ikinci gündür ardıcıl olaraq yenilənir. Sinoptiklər isti hava dalğasının yaxın günlərdə də davam edəcəyini istisna etmirlər.
10:45 28.06.2026
Oxunuş sayı: 48