Tehran Vaşinqtonu beynəlxalq hüququ pozmaqda ittiham etdi
İran Xarici İşlər Nazirliyi ABŞ-ni BMT Nizamnaməsini və müharibənin dayandırılması ilə bağlı imzalanmış memorandumu pozmaqda ittiham edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, nazirliyin bəyanatında Vaşinqtonun son hərbi addımlarının beynəlxalq hüquqa və tərəflər arasında əldə olunmuş razılaşmalara zidd olduğu bildirilib.
İran XİN vurğulayıb ki, ABŞ-nin hərəkətləri regionda gərginliyi daha da artırır və əldə edilmiş razılaşmaların icrasına ciddi zərbə vurur. Hələlik ABŞ tərəfi bu ittihamlara rəsmi münasibət bildirməyib.
11:36 28.06.2026
Oxunuş sayı: 50