Ağdərədə dəhşətli yol qəzası: Yaralananlar var
Ağdərə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, "Mercedes" markalı mikroavtobus "Niva" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində xeyli sayda şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hazırda yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara təxliyə edilirlər.
Faktla bağlı araşdırma aparılır. Qəzanın başvermə səbəbi və xəsarət alanların dəqiq sayı müəyyənləşdirilir. (APA)
11:55 28.06.2026
Oxunuş sayı: 56