"Zirə" Türkiyədəki yoxlama matçında Özbəkistan komandasına uduzub
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Zirə" bu gün yoxlama oyunu keçirib.
Crossmedia.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda Özbəkistan təmsilçisi "Navbahor"la münasibətləri aydınlaşdırıb.
Görüş rəqibin qələbəsi ilə yekunlaşıb - 3:1. Təmsilçimizin təsəlli qolunu Yeqor Boqomolski vurub.
Qeyd edək ki, "Zirə" Bakıda keçirdiyi ilk yoxlama oyununda "Qarabağ"a 3:4 hesabı ilə məğlub olub.
20:53 27.06.2026
Oxunuş sayı: 46