Netanyahu qondarma “erməni soyqırımı”nın tanınmasına dəstək verdi
İsrailin Baş naziri Benyamin Netanyahu xarici işlər naziri Gideon Saarın qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı təşəbbüsünü dəstəklədiyini bəyan edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Netanyahu bu məsələ ilə bağlı mövqeyini açıqlayaraq, Xarici İşlər Nazirliyinin təşəbbüsünü dəstəklədiyini bildirib.
Hələlik İsrail hökumətinin bununla bağlı rəsmi qərar qəbul edib-etmədiyi və təşəbbüsün hansı mərhələdə olduğu barədə əlavə məlumat verilməyib.
10:34 28.06.2026
Oxunuş sayı: 63