Qanalı şaman: Rusiya millisinin qadağasını aradan qaldıracağam
Qanalı şaman Nana Kvaku Bonsam Rusiya milli komandasının yenidən dünya çempionatında iştirak etməsi üçün əlindən gələni edəcəyini bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, şaman Rusiya Prezidenti Vladimir Putin haqqında da müsbət fikirlər səsləndirib. O, Putini “afrikalıları sevən və həqiqəti danışan insan” adlandıraraq, hətta onun fotosunu çap etdirdiyini söyləyib.
Nana Kvaku Bonsam əlavə edib ki, Rusiya millisinin üzərindəki qadağa və diskvalifikasiyanın aradan qaldırılması üçün mümkün olan hər şeyi etməyə çalışacaq.
09:25 28.06.2026
Oxunuş sayı: 62