Putinlə qapalı görüşdən sonra Lukaşenko yoxa çıxıb
Belarus Prezidenti Aleksandr Lukaşenko gözlənilmədən Rusiyaya səfər edərək Rusiya lideri Vladimir Putinlə görüşüb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Səfər Ukrayna Prezidenti Volodimir Zelenskinin ultimatumunun son gününə təsadüf edib.
Lakin görüşdən sonra tərəflərdən əlavə açıqlamalar verilməyib və səfərlə bağlı informasiya sükutu yaranıb. Məlumata görə, Lukaşenkonun təyyarəsi hələ də Minskə qayıtmayıb, danışıqların nəticələri və görüşdən yeni görüntülər də yayımlanmayıb. Bu isə danışıqların davam edə biləcəyi ilə bağlı ehtimalları gücləndirib.
Qeyd olunur ki, son hadisələr fonunda Putin və Lukaşenko arasında aparılan müzakirələrin kifayət qədər mürəkkəb keçdiyi ehtimal edilir. Bundan əvvəl Zelenski Belarus ərazisində Rusiyanın Ukraynaya zərbələrinin koordinasiyasında istifadə olunduğunu iddia etdiyi texnikanın söndürüləcəyi ilə bağlı xəbərdarlıq etmişdi.
Lukaşenko isə müxtəlif çıxışlarında Belarusun müharibəyə cəlb olunmasını istəmədiyini dəfələrlə vurğulayıb.
17:25 27.06.2026
Oxunuş sayı: 60