Rusiyanın Ukraynaya kütləvi hücumu: 3 vilayət vuruldu, 32 yaralı var
Rusiyanın Ukraynanın üç vilayətinə endirdiyi zərbələr nəticəsində 32 nəfər xəsarət alıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, zərbələrə Zaporojye, Xerson və Sumı vilayətləri məruz qalıb.
Zaporojyedə 9 nəfər, o cümlədən iki uşaq yaralanıb. Xerson vilayətində 13 nəfər xəsarət alıb.
Sumı vilayətində isə dron hücumu nəticəsində daha 10 mülki şəxs yaralanıb.
14:52 27.06.2026
Oxunuş sayı: 54