Ukrayna PUA-ları Kerçdəki gəmiləri hədəfə alıb
Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) Rusiyanın nəzarətində olan Krımın Kerç şəhərində yerləşən gəmilərə zərbə endirdiyi bildirilir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, hücum zamanı “Volqa” və “Vyatka” gəmiləri, həmçinin tikintisi başa çatmamış “Petropavlovsk” yük-sərnişin bərəsi hədəfə alınıb.
Məlumata görə, zərbələr Kerçdə yerləşən “Zaliv” gəmiqayırma zavodunun ərazisində həyata keçirilib.
10:37 27.06.2026
Oxunuş sayı: 58