ABŞ Mərkəzi Komandanlığı İrana zərbələr endirdiyini təsdiqlədi
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazında kommersiya gəmisinə edilən hücuma cavab olaraq İrana zərbələr endirildiyini təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
CENTCOM-un məlumatına görə, ABŞ aviasiyası İranın raket və pilotsuz uçuş aparatları üçün nəzərdə tutulan anbarlarını, eləcə də sahilboyu radiolokasiya obyektlərini hədəfə alıb.
Qeyd edək ki, ABŞ əməliyyatın kommersiya gəmisinə edilən hücuma cavab xarakteri daşıdığını bildirib.
08:20 27.06.2026
Oxunuş sayı: 46