Netanyahu: Livanla bağlı razılaşma İran üçün zərbədir
İsrailin Baş naziri Benyamin Netanyahu Livanla əldə olunan razılaşmanı İran üçün "zərbə" adlandırıb və təhlükəsizlik səbəblərini əsas gətirərək İsrail ordusunun Cənubi Livandan çıxarılmayacağını bəyan edib.
Crossmedia.az xəbər verir ki , bu barədə TASS agentliyi məlumat yayıb.
Netanyahu bildirib ki, İsrail ordusu "Hizbullah" silahsızlaşdırılmayana və İsrail dövləti üçün təhlükə aradan qalxmayana qədər Cənubi Livanı tərk etməyəcək.
07:37 27.06.2026
Oxunuş sayı: 51