Tramp İranı atəşkəs razılaşmasını pozmaqda ittiham etdi
ABŞ Prezidenti Donald Tramp İranı Hörmüz boğazında gəmilərə edilən dron hücumu səbəbilə atəşkəs razılaşmasını pozmaqda ittiham edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Trampın sözlərinə görə, insident zamanı bir pilotsuz uçuş aparatı yük gəmisinə dəyib, daha üç dron isə vurularaq zərərsizləşdirilib.
O bildirib ki, bu cür addımlar regionda gərginliyi artırır və mövcud razılaşmalara ziddir. Hadisənin detalları ilə bağlı araşdırmalar davam edir.
20:25 26.06.2026
Oxunuş sayı: 59