Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi: 160 nəfər azadlığa qovuşdu
Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi həyata keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.
Mübadilə 160-a 160 formulu üzrə baş tutub.
Onun sözlərinə görə, azad edilənlər arasında Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri, Dövlət Xüsusi Nəqliyyat Xidmətinin əməkdaşları, Milli Qvardiyanın döyüşçüləri və sərhədçilər var.
Tərəflər arasında əsirlərin mübadiləsi ilə bağlı prosesin davam etdirilməsi nəzərdə tutulur.
19:32 26.06.2026
Oxunuş sayı: 45