Lavrov: “Razılaşma olmayıb” demək düzgün deyil
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubionun Alyaskadakı görüşdə Ukrayna ilə bağlı “yalnız təkliflərin səsləndirildiyi, razılaşmanın olmadığı” barədə bəyanatına münasibət bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Lavrov sözlərinə görə, əgər ABŞ münaqişənin nizamlanması ilə bağlı öz təkliflərini irəli sürübsə və Rusiya həmin təkliflərlə razılaşıbsa, sonradan “heç bir razılaşma olmayıb” demək düzgün yanaşma deyil.
Onun sözlərinə görə, belə bir mövqenin səsləndirilməsi “o qədər də zərif görünmür”.
17:35 26.06.2026
Oxunuş sayı: 47