Qukasyan barədə dördüncü cinayət işi başlandı
Ermənistanda həbsdə olan müxalif Gümrü meri Vardan Qukasyan barəsində daha bir cinayət işi başlanılıb.
Crossmedia.az xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin məlumatına görə, Qukasyan mayın 27-də Korrupsiyaya Qarşı Məhkəmədə keçirilən məhkəmə iclası zamanı Daxili İşlər Nazirliyinin nümayəndəsinin xidməti fəaliyyətinə müdaxilə etməkdə ittiham olunur.
Bununla da Vardan Qukasyana qarşı açılan cinayət işlərinin sayı dördə çatıb.
17:30 26.06.2026
Oxunuş sayı: 48