ABŞ İsrailə təzyiqləri artıracaq - Politoloq
Yaxın Şərqin hər an partlamağa hazır olan gərgin siyasi atmosferində sülh və müharibə arasındakı o incə xətt, artıq rəsmi bəyanatlarla deyil, pərdəarxası diplomatik gedişlərlə cızılır. Regionun gələcək taleyini bütövlükdə dəyişə biləcək bu yeni strateji gedişat, illərdir bir-birinə barışmaz düşmən kəsilən tərəflərin və qlobal güclərin masadakı gizli balansı üzərində qurulub. Tarixi ziddiyyətlərin və hərbi qarşıdurmaların fonunda atılan bu addımlar, regionda ya tam bir xaosun, ya da kövrək bir sakitliyin başlanğıcı olacaq.

Məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Crossmedia.az-a açıqlama verib: "ABŞ və İran arasında əldə olunan 60 günlük razılaşma üç mərhələdə əksini tapır. Livan istiqamətinə gəldikdə isə, İsrail Hizbullaha hücum etdiyi üçün İran tələb edir ki, Hizbullah da, Livan da atəşkəsə əməl etməlidir. Bu minvalla, Hizbullahla İsrail arasında atəşkəs əldə oluna bilər. Çünki İsraillə İran arasında birbaşa razılaşma ola bilməz; İran İsraili bir dövlət kimi tanımır və hüquqi baxımdan bu, mümkün deyil. Buna görə də ABŞ çalışacaq ki, İsrailin indiki siyasi-hərbi kabinetinə təzyiqləri artırsın. Həmçinin Hizbullahla da danışıqlar aparılacaq ki, hər hansı bir qarşılıqlı hücum əməliyyatı həyata keçirilməsin və atəşkəs rejimi tətbiq olunsun. Yəni, proses bundan ibarətdir".
Ekspert eyni zamanda İranın öz öhdəliklərini yerinə yetirməmə ehtimalı olduğunu da qeyd edib: "Hesab edirəm ki, əgər tərəflər arasında yenidən müharibə baş verərsə, İran razılaşmaları yerinə yetirməyə bilər. Lakin İsrail hazırda ABŞ, İsrail və İran arasındakı memorandumdan narazıdır və onu pozmağa çalışır, ABŞ isə buna imkan verməyəcək".
Turqut Ansari
13:55 22.06.2026
Oxunuş sayı: 48