Suriya Prezidenti: Hizbullahla danışıqlara hazırıq
Suriya Prezidenti Əhməd əl-Şəraa Livanda sülh və sabitliyin təmin olunması məqsədilə Hizbullahla danışıqlara başlamağa hazır olduqlarını bəyan edib.
O bildirib ki, Livanın təhlükəsizliyini və davamlılığını təmin etmək üçün Hizbullah məsələsinin həlli vacibdir.
“Biz Livanın sağ qalmasını təmin etmək üçün Hizbullah problemini həll etmək istəyirik. Əgər bu, hamı üçün faydalı olacaqsa, danışıqlar masası arxasına əyləşməyə hazırıq”, – deyə Suriya lideri vurğulayıb.
09:03 22.06.2026
Oxunuş sayı: 47