Maqhazi sakini: Qəzzada təhlükəsiz yer yoxdur
İsrailin hava hücumu nəticəsində Qəzzanın mərkəzində bir ev vurulub. Nəticədə, 5 nəfər dünyasını dəyişib, 7 nəfər isə yaralanıb.
Crossmedia.az AP-yə istinadla xəbər verir ki, yaralılar Aqsa Xəstəxanasına köçürülüb.
Maqhazi sakini Qəzzada təhlükəsiz yer olmadığını vurğulayıb:
"Qəzza zolağında heç bir yer- nə çadırlar, nə evlər təhlükəsiz deyil. Hamısı hədəf alınır”,- deyə o bildirib.
Qeyd edək ki, 2023-cü ilin oktyabrın əvvəlindən İsrail qüvvələrinin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində 45 mindən çox fələstinli həlak olub.
Nəzrin Salmanova
16:03 19.12.2024
Oxunuş sayı: 22546