SEPAH hərəkətə keçib: Pezeşkian üçün təhlükə!
İranın daxili siyasi xətti və xarici siyasət strategiyası regional güc balansını dəyişdirən ən mürəkkəb mexanizmlərdən biridir. Bu mexanizmin mərkəzində dayanan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH), sadəcə hərbi bir struktur deyil, həm də ölkənin siyasi və iqtisadi gələcəyinə birbaşa yön verən strateji bir qüvvədir. Son dövrlərdə baş verən geosiyasi hadisələr və daxili idarəetmədəki qərarlar SEPAH-ın həm regional rəqiblərə, həm də ölkə daxilindəki islahatçı qüvvələrə qarşı öz dominantlığını nümayiş etdirmək strategiyasının bariz nümunəsidir.
Məsələ ilə bağlı professor, siyasi elmlər doktoru Sabir Məmmədli Crossmedia.az-a açıqlama verib.

"İranın daxili vəziyyətinə və beynəlxalq əlaqələrinə faktiki olaraq SEPAH nəzarət edir. Şübhəsiz ki, rəsmilərin istifasına yönəlmiş həmin uçuşları da məhz SEPAH təşkil edib. Bununla da onlar ölkədaxili proseslərə real olaraq kimin rəhbərlik etdiyini nümayiş etdirirlər. Yəni bu addım həm ölkə daxilində Prezident Məsud Pezeşkiyanın komandasına yönəlmiş bir növ gözdağı və göstərişdir, eyni zamanda ABŞ-yə və digər beynəlxalq aktorlara verilən müəyyən bir mesajdır. SEPAH göstərir ki, ABŞ ilə yumşaq davranmaq niyyətində deyil, hər hansı bir sülh sazişinin bağlanmasını dəstəkləmir və heç bir güzəştə getmək istəmir. Beləliklə, öz təsir dairəsini daha da artırmağa çalışır".
Turqut Ansari
17:00 15.06.2026
Oxunuş sayı: 56