Eştok: Slovakiya Azərbaycanla energetika və nəqliyyat sahələrində əlaqələrin inkişafında maraqlıdır
Slovakiya Azərbaycanla ikitərəfli əməkdaşlığın, xüsuslə energetika və nəqliyyat sahələrində əlaqələrin inkişafında maraqlıdır.
Crossmedia.az xəbər verir ki, bunu Slovakiyanın Xarici və Avropa İşləri Nazirliyinin Avropa İttifaqı məsələləri üzrə dövlət katibi Marek Eştok Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşünün yekunları üzrə "X" sosial şəbəkəsində yazıb.
17:39 12.06.2026
Oxunuş sayı: 46