Xəzər dənizində zəlzələ olub
Xəzər dənizində zəlzələ qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, yerli vaxtla saat 08:55:53-də qeydə alınan 3.1 maqnitudalı yeraltı təkanların episentri 18 kilometr dərinlikdə yerləşib.
10:03 10.06.2026
Oxunuş sayı: 65