Sabah bu ərazilərdə işıq kəsiləcək
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyunun 10-da Yasamal və Nizami rayonlarında elektrik şəbəkəsində təmir işləri həyata keçiriləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) aparılacaq təmir işi ilə əlaqədar saat 10:00-dan 13:00-dək Zahid Xəlilov, Əbdürrəhim bəy Haqverdiyev küçələri, Mətbuat prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Həmçinin Nizami RETSİ ərazisində yerləşən TM-də aparılacaq təmir-təftiş işləri ilə əlaqədar fasilə saat 10:00-dan 13:00-dək Kamil Balakişiyev, Əlif Hacıyev, Azər Manafov küçələri, Qara Qarayev prospektinin bəzi hissələrini əhatə edəcək.
Təmir-təftiş işləri yekunlaşdıqdan sonra ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
23:47 09.06.2026
Oxunuş sayı: 46