Bu bəyanat çox müzakirə olunacaq: İslam dövlətləri də İranın zəifləməsini istəyir
İran və ABŞ arasında gərginlik fonunda tərəflərin qarşılıqlı təhdidləri davam edir. Atəşkəsin formal olaraq qüvvədə qalmasına baxmayaraq, regionda hərbi-siyasi gərginlik tam aradan qalxmayıb. Son günlər İran rəsmilərinin sərt bəyanatları, İsrailin hərbi əməliyyatları və tərəflər arasında qarşılıqlı ittihamlar Yaxın Şərqdə vəziyyətin hələ də kövrək olaraq qaldığını göstərir. Ekspertlər hesab edirlər ki, mövcud proseslər münaqişənin başa çatdığını deyil, fərqli formada davam etdiyini göstərir.
Mövcud vəziyyətlə bağlı Crossmedia.az-a açıqlama verən Yaxın Şərq üzrə ekspert Rufiz Hafizoğlu hesab edir ki, atəşkəsə baxmayaraq, regionda münaqişə riski hələ də qalmaqdadır: “Atəşkəs var, amma tərəflər bir-birlərinə qarşı təhdidlər səsləndirirlər. Son baş verən hadisə İranın yenə İsraili vurması, eyni zamanda mütəmadi olaraq ərəb ölkələrini qismən təhdid etməsi əslində münaqişənin aktiv fazasının yenə də bir az daha passiv intervalda davam etməsini söyləməyə əsas verir. Ümumiyyətlə, bu məsələni, İran–İsrail–ABŞ məsələsini, Yaxın Şərqdə gərginlik məsələsini nəzərə alsaq, siz, yəqin ki, prosesləri təqib etmisiniz. Mən həmişə demişəm ki, üzdən görünən bu danışıqlar, guya sülh ritorikası və s. bunlar boş şeylərdir. İsrail və İran arasında müharibənin olması qaçınılmazdır. Bunun da müxtəlif səbəbləri var. Bu səbəblərdən biri də, təbii ki, İranın nüvə proqramıdır. Digər tərəfdən İranın zəifləməsində maraqlı olan tərəf ölkələri var. Hətta İranın zəifləməsində maraqlı olan İslam dünyası da var”.
Ekspert əlavə edib ki, bu baxımdan yenə də mən haqq qazandırmaq, kimin yanlış, kimin səhv olub-olmaması m
Mövcud vəziyyətlə bağlı Crossmedia.az-a açıqlama verən Yaxın Şərq üzrə ekspert Rufiz Hafizoğlu hesab edir ki, atəşkəsə baxmayaraq, regionda münaqişə riski hələ də qalmaqdadır:

“Atəşkəs var, amma tərəflər bir-birlərinə qarşı təhdidlər səsləndirirlər. Son baş verən hadisə İranın yenə İsraili vurması, eyni zamanda mütəmadi olaraq ərəb ölkələrini qismən təhdid etməsi əslində münaqişənin aktiv fazasının yenə də bir az daha passiv intervalda davam etməsini söyləməyə əsas verir. Ümumiyyətlə, bu məsələni, İran–İsrail–ABŞ məsələsini, Yaxın Şərqdə gərginlik məsələsini nəzərə alsaq, siz, yəqin ki, prosesləri təqib etmisiniz. Mən həmişə demişəm ki, üzdən görünən bu danışıqlar, guya sülh ritorikası və s. bunlar boş şeylərdir. İsrail və İran arasında müharibənin olması qaçınılmazdır. Bunun da müxtəlif səbəbləri var. Bu səbəblərdən biri də, təbii ki, İranın nüvə proqramıdır. Digər tərəfdən İranın zəifləməsində maraqlı olan tərəf ölkələri var. Hətta İranın zəifləməsində maraqlı olan İslam dünyası da var”.
Ekspert əlavə edib ki, bu baxımdan yenə də mən haqq qazandırmaq, kimin yanlış, kimin səhv olub-olmaması məsələsinə əsla toxunmaq istəmirəm:
“Amma məsələ ondan ibarətdir ki, bugünkü vəziyyət çox qəribə bir vəziyyətdir. Bu vəziyyətdən İran qalib çıxarsa, inanın ki, bölgə üçün çox ağrılı, çox sancılı bir vəziyyət olacaq. Bundan sonra daha dominant bir İran olacaq. Eyni zamanda İran məğlub olarsa, bu, heç şübhəsiz, İsrailin qol-qanadını açacaq və önümüzdə daha aqressiv, radikal bir İsrail görmüş olacağıq. Bu baxımdan danışıqlar öncəsi bunu təzyiq diplomatiyası adlandırmaq olar. Eyni zamanda yeni nəbz yoxlamaq kimi bunu qələmə vermək olar. Amma məsələ ondan ibarətdir ki, heç bir halda heç bir atəşkəs sülh deyil. Yaxın Şərqdə sülhün olması üçün bir çox məsələlər həll olunmalıdır. Çox ciddi, radikal siyasi, iqtisadi və zehni islahatlara ehtiyac var. İstər İslam dünyasında, istərsə də İsrailin özündə. Söhbət sadəcə iqtisadi məsələlərdən getmir. İnsanların şüurunda belə çox ciddi islahatların aparılması lazımdır. Bu gün biz İranı radikal islamçılıqda ittiham edirik, amma məsələn, İsrailin radikal dindar yəhudi nazirləri haqqında dünya ağzına su alıb dayanıb. Bunlardan danışan yoxdur. Bu da başqa bir faciədir. Təəssüflər olsun ki, dünya hələ də bu ikili standartları aşa bilməyib.
Zeynəb Həsən
17:29 09.06.2026
Oxunuş sayı: 223