ABŞ- İran münaqişəsinin həlli nəzərdə tutulmayıb
İran parlamentinin sədri və ABŞ ilə danışıqlar qrupunun rəhbəri Məhəmmədbaqer Qalibaf "X" sosial şəbəkə hesabında yazıb ki, ABŞ İranla atəşkəsə əməl etmir və dialoqa inanmır.
"Onlar nə atəşkəsə əməl edir, nə də dialoqa inanırlar və dəniz blokadası, eləcə də Livanla bağlı razılaşmaların pozulması vasitəsilə yalnız güc dilindən anladıqlarını göstərirlər", - İran parlamentinin spikeri vurğulayıb.
Məlum olduğu kimi, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının bağlandığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.

15:40 08.06.2026
Oxunuş sayı: 440