YAP Yasamal rayon təşkilatının nümayəndələri Qarabağa səfər edib
İyunun 5-də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Yasamal rayon təşkilatının təşəbbüsü ilə Qarabağa səfər təşkil olunub. Səfərdə təşkilatın sədri Bəxtiyar Nəbiyev, təşkilatın əməkdaşları, ərazi partiya təşkilatlarının sədrləri, sədr müavinləri, fəal gənclər və könüllülər iştirak ediblər.
Crossmedia.az xəbər verir ki, səfər çərçivəsində nümayəndələr əvvəlcə Ağdam şəhərində olub, Ağdam Cümə Məscidini və Şəhidlər Xiyabanını ziyarət ediblər. Daha sonra iştirakçılar tarixi-memarlıq abidələrimizdən biri olan Əsgəran qalası ilə tanış olublar.
Səfərin növbəti mərhələsində Şuşa şəhərinə gələn nümayəndələr şəhərin bir sıra yerlərini ziyarət ediblər. Onlar Şuşa Bayraq Meydanında, Prezidentin Şuşa rayonunda Xüsusi Nümayəndəliyinin inzibati binasında, Yuxarı Gövhər Ağa məscidində, Şuşa qalasında və Cıdır düzündə olublar. İştirakçılara şəhərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, tarixi-mədəni irsin qorunması istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verilib.
Səfərin sonunda Xankəndi şəhərinə gələn nümayəndələr Qarabağ Universitetinin fəaliyyəti və inkişaf perspektivləri ilə yaxından tanış olublar. Daha sonra onlar Zəfər parkını, Prezidentin Xankəndi şəhərində yerləşən Xüsusi Nümayəndəliyinin inzibati binasını və Qarabağ stadionunu ziyarət ediblər.
Səfər iştirakçıları Qarabağda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini, regionun sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən layihələri və tarixi-mədəni abidələrin bərpası sahəsində görülən işləri yaxından müşahidə etmək imkanı əldə ediblər.
09:13 08.06.2026
Oxunuş sayı: 64