Azərbaycanlıların olduğu gəmiyə hücum edilib - 5 vətəndaşımız həlak olub
İyunun 5-nə keçən gecə Türkiyə istiqamətindən Rostov-na-Donu tərəfə hərəkət edən Taqanroq körfəzində pilotsuz uçuş aparatları ilə hücum hadisəsi qeydə alındığı bildirilir.
Crossmedia.az xəbər verir ki, məlumata görə, “Natra” və “Zirkon” adlı gəmilərə hücum edildiyi iddia olunur.
Hadisə nəticəsində beş Azərbaycan vətəndaşının həlak olduğu qeyd edilir. Bildirilir ki, hər iki gəmi xarici bayraqlar altında üzürmüş və Azərbaycan dövləti ilə birbaşa əlaqəsi olmayıb.
Sağ qalanların Yeysk limanına aparıldığı iddia edilir.
Eyni zamanda vurğulanır ki, həlak olan dənizçilər könüllü olaraq xidmət ediblər və bu, dövlət siyasəti ilə bağlı olmayıb. Xaricdə, xüsusilə münaqişə zonalarına yaxın ərazilərdə işləyən vətəndaşların daha ehtiyatlı olması tövsiyə olunur.
Hadisənin detalları və rəsmi təsdiqi ilə bağlı əlavə məlumatlar gözlənilir.
13:28 05.06.2026
Oxunuş sayı: 46