Zaur Zeynalov Türkiyədə C-130 qəzasında şəhid olan hərbçilərin ailələrini ziyarət edib
Azərbaycanın Türkiyədəki Səfirliyində hərbi attaşesi, general-mayor Zaur Zeynalov qardaş ölkənin C-130 təyyarəsinin qəzaya uğraması nəticəsində şəhid olmuş Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin ailələrinə baş çəkib.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Hərbi Attaşeliyi məlumat yayıb.
Bildirilib ki, Zaur Zeynalov Amasya şəhərində şəhid Baş çavuş Ramazan YAĞIZ, Baş çavuş Akın KARAKUŞ və Baş çavuş Cem DOLAPCI-nın ailələrini ziyarət edib.
11:27 03.06.2026
Oxunuş sayı: 52