Yol polisinin "saxla" əmrinə məhəl qoymadı – 24 yaşlı sürücü tutuldu
Paytaxtın Binəqədi rayonu ərazisində axtarışda olan "Hyundai" markalı, 99-QP-750 dövlət qeydiyyat nişanlı avtomobilə yol polisi əməkdaşları tərəfindən "saxla" işarəsi verilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Bölməsindən bildirilib.
Qeyd olunub ki, mühafizə olunan duracağa yerləşdirilməsi ilə bağlı qərara əsasən, konstruksiya dəyişikliyi edilmiş nəqliyyat vasitəsini idarə edən 24 yaşlı Sabir Əliyev polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək tabesizlik göstərib.
Onun qanunsuz hərəkətlərinin qarşısı alınaraq aidiyyəti üzrə ərazi polis şöbəsinə gətirilməsi təmin edilib.
Sürücü barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülür.
07:51 02.06.2026
Oxunuş sayı: 50