Peskov: Ermənistan Aİ-yə yaxınlaşdıqca…
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Ermənistan Avropa İttifaqına yaxınlaşdıqca qaçılmaz olaraq elə bir vəziyyətlə üzləşəcək ki, qəbul etdiyi normalar Avrasiya İqtisadi İttifaqının (Aİİ) qaydaları ilə ziddiyyət təşkil edəcək.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, vurğulayıb ki, İrəvan Avropa İttifaqına inteqrasiyanı Avrasiya İqtisadi İttifaqı hesabına deyil, öz resursları və imkanları hesabına həyata keçirməlidir.
15:36 29.05.2026
Oxunuş sayı: 60