Ukrayna müdafiə xərclərini rekord həddə çatdırıb
Ukrayna Avropa İttifaqı(Aİ) krediti sayəsində müdafiə xərclərini rekord həddə - 100 milyard dollara çatdıracaq.
Crossmedia.az "Reuters"-ə istinadən xəbər verir.
Ali Rada 90 milyard avroluq Aİ kredit müqaviləsini ratifikasiya etdi, bundan sonra parlament dərhal müdafiə xərclərini artıran büdcə düzəlişlərini təsdiqlədi.
Ukraynanın 2026-cı ildə hərbi xərcləri indi əvvəllər planlaşdırılan 64 milyard dollardan təxminən 100 milyard dollara qədər artacaq. Müqayisə üçün, keçən il bu rəqəm təxminən 61 milyard dollar idi.
Nəşr qeyd edir ki, Rusiya hərbi xərcləri ilə fərq də azalacaq: Ukraynanın büdcəsi əvvəllər Rusiyanın büdcəsindən təxminən üç dəfə az idisə, indi təxminən 1,8 dəfə azdır.
Aİ ödənişləri islahatlardan və korrupsiyaya qarşı mübarizədən asılı olacaq. Brüssel xəbərdarlıq edib ki, bu sahədəki problemlər bəzi yardımların dondurulmasına səbəb ola bilər.
22:02 28.05.2026
Oxunuş sayı: 45