ABŞ və İran iki aylıq atəşkəs barədə razılığa gəliblər
ABŞ və İran 60 günlük atəşkəs barədə ilkin razılığa gəliblər, lakin prezident Donald Tramp hələlik yekun təsdiq verməyib.
Crossmedia.az "Axios"-a istinadən xəbər verir.
Nəşrin mənbələrinə görə, razılaşma eskalasiyanın dayandırılmasını və İranın nüvə proqramı ilə bağlı danışıqların başlanmasını nəzərdə tutur.
İran, həmçinin Hörmüz boğazından sərbəst naviqasiyanı bərpa etməli, minaları yığışdırmalı və nüvə silahı inkişaf etdirməsindən imtina etməlidir.
Əvəzində ABŞ dəniz blokadasını tədricən aradan qaldırmağı və sanksiyaların aradan qaldırılmasını və İran aktivlərinin azad edilməsini müzakirə etməyi planlaşdırır.
İndi son qərar Trampa aiddir və o, bunu nəzərdən keçirmək üçün bir neçə gün vaxt istəyib.
19:40 28.05.2026
Oxunuş sayı: 46